Avropadan səsləri gələn “demokrat” büdcə oğruları

2-ci Qarabağ savaşından sonra müzəffər ali baş komandanının atdığı strateji addımlar  Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmış, öz sözünü deyə bilən regional güc mərkəzinə çevirmişdir. Belə bir vaxtda hamımız bir olmalı, dövlətimizin daha da möhkəmlənməsi üçün üzərimizə düşənləri etməliyik. Hər kəs, öz-özlüyündə xalqa dəstək verməli və üzərinə düşəni etməlidir.

Xüsusilə dövlət büdcəsinə diqqət artırılmalıdır. Dövlət büdcəsinin qorunması təkcə dövlətin və rəsmin orqanların üzərinə düşmür, eyni zamanda hər birimiz vətəndaş olaraq prosesə dəstək verməliyik. Dövlət büdcəsinin güclənməsi isə xüsusilə vergi ödəyicilərinin üzərinə düşür. Biznesmenlər, sahibkarlar, iş adamları, qeyri-formal biznes quranlar və s. Biz hər zaman deyirik ki, bəzi məmurlar düzgün işləmir, büdcəni talayırlar, izafi xərclər edirlər. Hamısı doğru, çalışırıq ki, büdcəmiz güclü olsun, bir il əvvəlki kimi düşmən qarşısında da güclü görsənək.

Lakin, həmişəki kimi, öz havadarlarını arxasına alanlar yenə də xaricdə oturub ölkəmizə qarşı şər, böhtan, iftira yağdırır. Eyni zamanda sosial şəbəkələrdə aktiv olan bu adamlar həm də insanları hakimiyyətə qarşı yönəldir, hakimiyyəti dəyəşməyə yönəlik çağırışlar edirlər. İllərlə Azərbaycanda oturub var-dövlət yığan, kef çəkən və Əli Kərimli kimi oyuncaq müxalifətə dəstək olan belələri sosial şəbəkələrdə demokratiyadan, insan hüquqlarından danışsa da, öz vergi öhdəliklərini yerinə yetirmək istəmir. Bunlardan biri də Əli Kərimlinin, Maqsud Mahmudovun, Elvin İsayevin tərəfdarı olan Ramin İmanov Azərbaycanda olarkən üzərinə düşən ən sadə öhdəliyi-vergi borcunu ödəməyib. Başa düşəndə ki, bunun hesabını soruşacaqlar, qaçıb oturub Avropada və açıq-aşkar Kərimli kimilərini müdafiə edərək olub “DEMOKRAT”.

Bu Ramin İmanov adlı şəxsin sosial şəbəkə hesabındakı bəzi paylaşımları oxuculara təqdim edirəm. Baxın görün, ağzından yalnız söyüş tökülən Maqsud Mahmudovu, ya da Elvin İsayevi müdafiə edən və “qoymayın Azərbaycanda siyasi məhbusların sayı artdı” şousu göstərən bu şəxsə nə qiymət vermək olar? Tutaq ki, bu cənabın sedikləri düzdür və ədalət axtarışını ildırım sürətiylə axtarır və onu tapmadığından hökuməti tənqid edir. Onda həmin “ədalət carçısına” sual edirik ki, bəs niyə qanunvericiliyə uyğun olaraq vergi yoxlaması gələn kimi ölkəni tərk etdin? Bu qarayaxma kampaniyasının inanın ki, heç bir nəticəsi olmayacaq.

Deməli, Ramin və onun kimi “DEMOKRATLAR” Parisdən, Brüsseldən, ya da Berlindən bizə haqq, hüquq öyrədə bilməzlər. Çünki, onlar Azərbaycanda həm qanunu pozub, məsuliyyət daşıyırlar, həm də bir vətəndaş kimi mənəvi dəyərləri tapdalayırlar. Sonda adlarını blogger, faceboook statuskarı, jurnalist, siyasi fəal qoyanlara sadəcə bir söz demək istəyirəm. Hamınız Maqsud və Elvin kimi qanun qarşısında cavab verəcəksiniz.