Azərbaycanın iqtisadi və siyasi gücü artdıqca araqarışdırıcı qüvvələr uğurlarımıza kölgə salmaq üçün hər yolu sınaqdan çıxarırlar. Zaman-zaman bu mövzuda danışır, bu məqsədlə bizim satqınlardan istifadə etmələrini ifşa edirik.
Yenə də Avropada insan haqları adıyla ortaya çıxan şəxslər bu mövzuda özlərini qabaqda göstərmək istəyirlər. Almaniyada və Avropada mənşəyi məlum olmayan bir qrup “demokrat” yenə də mitinq keçirirlər. Mitinq deyəndə, yəni 5-10 nəfər Azərbaycandan qaçmış cinayətkar. Bəli, bu insanları araşdırarkən məlum olur ki, onların hamısı Azərbaycanda hansısa qaydanı və qanunu tapdalayaraq aradan çıxıblar. Çünki, burada məsuliyyətdən qaça bilmədiklərini gözəl bilirlər. Bu dəfəki “qonağımız” isə Azərbaycanda illərdir sahibkar olmuş, xalqın hesabına özünə var-dövlət yığmış və daim vergidən pul oğurlayan Kamal Həbibovdur.
Həmin bu Həbibov Avropaya gedən kimi vay-şüvən salan “demokratlara” qoşularaq “mitinqə” çıxıb. Mitinqdə bununla bağlıdır ki, guya AZərbaycana deport edilmiş bir nəfəri həbs ediblər. Halbuki, Kamal Həbibov abnlamalıdır ki, sabah ölkəyə qayıtdıqda onu da, eyni tale gözləyir. Çünki, vergidən yayındığlna görə ölkədən qaçmaq və Avropadan bizə demokratiya dərsi keçmək çıxış yolu deyil.
Həmin mitinqdə çıxış edən və iştirak edən bir çoxları Azərbaycanda vaxtilə “özfəaliyyətlə məşğul olmuşlardır. Məmməd Qarayevin vergidən yayınmasını istintaq orqanları araşdırıb və sübut edib. Elnur Mirzəyev saxta sənəd qalmaqalıyla rəsmi axtarışa verilib və arxalandığı “Müsavat” partiyası da ondan üz döndərib. Alış Abdullayevin isə adı yaxın keçmişdə vergi ödənişlərini ödəməmkdə olan kampaniyanın bir ünsürü kimi qeydiyyatdadır. Nə isə, indi bunlar hamısı Almaniyada olublar “demokrat”. Vay-şüvən salan “demokrat dələduzlar”.
İndi Azərbaycanın genişlənən əlaqələri bu yazıqların canına daha bir od salıb. Respublikanın Baş Prokuru Kamran Əliyev Almaniyalı həmkarıyla qarşılıqlı əməkdaşlıqla bağlı razılığa gəliblər. Şəkillərdən biri də bununla bağlıdır ki, qoymayın bizi Kanmran Əliyevə təslim edəcəklər. Cinayətkarın hüquq-mühafizə orqanlarına təslim edilməsi olduqca normal bir haldır. Sən olma saxtakar, cinayətkar, narahatçılığın da olmasın. Doğru yolu vaxtında seçməliydiniz, cənab “demokratlar”.