Tramp qasırğanın zərər vurduğu Luiziana ştatına federal yardım ayırıb

ABŞ prezidenti Donald Tramp Luiziana ştatına “Barri” qasırğasının nəticələrinin aradan qaldırılması üçün federal yardım ayırıb.

Trend-in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir: “Federal vəsaitlər təcili işlərin aparılması və qasırğadan zərər çəkmiş binaların bərpası və ya yenidən tikintisi üçün yerli hakimiyyətlər və qeyri-kommersiya təşkilatlar üçün əlçatandır”.

Bundan əlavə, ştatın hakimiyyət orqanları tərəfindən sorğuya əsasən əlavə qərarlar da qəbul edilə bilər.