Fevral ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

Fevralın 28-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 milyard manat, cəmi öhdəlikləri isə 24.6 milyard manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən  bildiriblər ki, sektorun balans kapitalı 3.9 milyard manat, əhalinin əmanətləri isə 7.7 milyard manat olub. Fevral ayı ərzində bank sektorunun aktivləri 1.2 faiz (329 milyon manat), öhdəlikləri 1 faiz (246 milyon manat), kapitalı isə 2.2 faiz (83 milyon manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.

Fevralın 28-nə əsas göstəricilər bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.