Almaniyada azərbaycanlı hamilə qadın öldü

“Berlin şəhərinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyatsızlıqdan 4-cü mərtəbədən binanın həyətinə yıxııb”.

Vetenyukselish.Az modern.az-a istinadən bildirir ki,  bunu Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

Əlövsət Əliyevin sözlərinə görə, qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib:

“Dünyasını dəyişən qadın hamilə olub. Təcili aparılmış qeysəriyyə əməliyyatına baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hazırda hüquq mühafizə orqanları hadisənin detallarını araşdırlar. Rəhmətə gedən xanım əri və 1 uşağı ilə birlikdə yaşayırmış”.