Bakıda qətl törədilib.
Vetenyukselish.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
Araşdırmalar davam etdirilir.