Atası tərəfindən anasının və özünün şiddətə məruz qalması ilə bağlı açıqlamasından sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sosial şəbəkədə canlı yayıma çıxıb.
Vetenyukselish.az xəbər verir ki, o canlı yayımda F. Qəhrəmanlının “qızımın facebook profili oğurlanıb” iddiasına cavab verib. Selcan qeyd edib ki, profili oğurlanmayıb, atası haqda paylaşdığı mətni də özü yazıb.
O həmçinin bu statusu hakimiyyətin təzyiqi nəticəsində də yazmadığını deyib.