Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Məlumatda qeyd edilir ki, oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 mağazadan 60 manat və tütün məmulatı oğurlaması, habelə 6 mağazadan oğurluq etməsi də müəyyən edilib.