Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun konserti keçiriləcək.
Trend-in məlumatına görə, qrup “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh” və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələr də ifa edəcək.
Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə “Natiq” ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb.
2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub.
2011-ci ildə Koreyada Dünya Ritm yarışmasında “Dünya Qran Prisi”ni qazanıb.
2012-ci ildə “Eurovision”, 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə “Formula 1”, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.
Qrup ABŞ, Almaniya, Avstiya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.
Natiq Şirinov dünyanın bir çox məşhurları – Ruslana, Rihanna, Sami Yusuf, Stiven Siqal və s. ilə birgə çıxışlar edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin
- MƏQALƏDƏ:
- konsert
- Heydər Əliyev Mərkəzi
Share
DİGƏR XƏBƏRLƏR
Bakıda italyan pianoçunun konserti keçirilib (FOTO)Mədəniyyət 24 Sentyabr 22:33
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcəkİdman 23 Sentyabr 16:59
Can verən Müsavatı xilas etmək mümkün deyil – “Politşou” təqdim edir (Videolayihə)Siyasət 16:13
SOCAR boru kəməri ərazisində baş vermis hadisə ilə bağlı açıqlama yayıbİqtisadiyyat 16:08
Gənclər və İdman Nazirliyi gənclər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıbSiyasət 16:04
Əli Əhmədov: Dövlətin ahıl insanlara diqqəti və qayğısı daim artmaqdadırSiyasət 16:00
Parlamentdə bayraqla bağlı müzakirələrdə deputatdan təkliflərSiyasət 15:55
Tikintiyə “mane olan” ağaclar kəsildi – İş prokurorluqdaGündəm 15:51
Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdiCəmiyyət 15:46
Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs azadlığa buraxıldıHadisə 15:36