Tərtər rayonunda qayınata gəlinini avtomobillə vurub.
Trend-in məlumatına görə, hadisə yeni yaşayış massivində qeydə alınıb. Qayınata, Bakı sakini olan gəlini 1994-cü il təvəllüdlü Quluzadə Əfsanə Fəxrəddin qızını avtomobillə vurub.
Hadisə yerinə cəlb olunan təcili yardım briqadası qadını Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. İlkin tibbi yardım və USM-dən keçən Ə.Quluzadə daha sonra ambulator müalicəyə buraxılıb.