Rəqsanənin qızı aparıcı Kəmalə haqqında ELƏ SÖZLƏR DEDİ Kİ… – “Maşın”da BÖYÜK QALMAQAL

“Maşın şou” ulduzlar arasında yeni qalmaqalları gərginləşdirməyə davam edir.

Publika.az xəbər verir ki, Aysun İsmayılova şounun dünənki buraxılışında aparıcı Kəmalə Piriyevanın oyunu tərk etməsinə ürəkdən sevinib. Oyunda iştirakı zamanı hədəfinin Kəmalə Piriyeva olduğunu deyən, amma səs toplamadığı üçün yarışmanı tərk edən Aysun sevincini belə ifadə edib:

“Hər şeydən əvvəl Murad Dadaşov və bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm ki, məni bu həyəcanlı şouya dəvət etdiniz. Deyərdim ki, acısı ilə, şirini ilə həyatımın ən unudulmaz vaxtlarını keçirdim. Bugünkü oyunda bir daha gördüm ki, xalqın qarşısında heç kim dayana bilmir. Allaha qurban olum ki, heç kimin ahı yerdə qalmır. Həyatda gərək Allaha, ailənə və xalqına güvənərək addım atasan. Hər şeyi öz zəhməti ilə qazanan, öz ayağının üstündə durmağı bacaran xanımları sevirəm”.

Aysun bu sözlərini aparıcı Kəmalə Piriyevaya ünvanlayaraq, ondan heyfini çıxdığına işarə edib.