Bakıda özünü dənizə ataraq intihara cəhd edən şəxs xilas edilib.
Vətənyüksəliş.az xəbər verir ki, dünən saat 16 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılıb.
Araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilib.
Araşdırma aparılır.