Avropa Şurasının “Mediada gender bərabərliyi və digər etik standartların təşviqi” proqramı çərçivəsində Bakıda “Gender bərabərliyi və media” vəsaitinin təqdimatı keçirilib.
Vəsaitin təkmil hazırlanması, mövzu üzrə əhəmiyyətli bilgi verməsi nəzərə alınaraq, onun həm ingilis, həm də Azərbaycan dilində olan versiyaları Avropa Şurasının saytında yerləşdirilib.
Qeyd edək ki, vəsait yerli və beynəlxalq mütəxəssislərin həmmüəllifliyi ilə hazırlanıb. Azərbaycan üzrə müəllif JuHİ sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərlidir.
Digər müəllif isə Belqrad Universitetinin Siyasi elmlər fakültəsinin professor Dr. Yelena Surcilija Milojevicdir.
Vəsaitlə versiyalar üzrə aşağıdakı linklər vasitəsi ilə tanış ola bilərsiniz:
İngilis versiyası
Azərbaycan versiyası
//rm.coe.int/guide-on-gender-equality-and-the-media-for-news-producers-in-azerbaija/1680953ebc?
fbclid=IwAR29PITwO8mZempLrIZCcScDeL4dnM1QtQ0xfSJQRIL3Xs360QIn7D