Bakıda qəza TIXACA səbəb oldu

Bakıda qəza sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Vətənyüksəliş.az-a verilən məlumata görə, Heydər Əliyev prospektinin şəhər istiqamətində (Bağırov körpüsünə yaxın ərazidə) kənar yolda nəqliyyat hadisəsi olub. Bununla əlaqədar həmin istiqamətdə tıxac müşahidə edilir.

Bu səbəbdən prospektdən keçən avtobusların intervalında gecikmə var.