Türkiyənin daxili işlər naziri Süleyman Soylu İŞİD terror təşkilatının əsas fiqurlarından birinin saxlanıldığını bəyan edib.
Vətənyüksəliş.az-ın məlumatına görə, hazırda adı açıqlanmayan şəxsin sorğusu aparılır.
Nazir bildirib ki, Türkiyə İŞİD-ə qarşı fəal mübarizəni davam etdirir.
Terrorçuların deportasiyasına gəldikdə isə S.Soylu bildirib ki, Almaniya və Niderland öz vətəndaşlarını qəbul edəcək.
Noyabrın 14-də Almaniya vətəndaşı olan 7 İŞİD üzvü deportasiya olunacaq.