Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 09:00 üçün seçici aktivliyi 37,14 faiz təşkil edib.
Vətənyüksəliş.az-ın “BELTA”ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.
Onun sözlərinə görə, ən böyük seçici aktivliyi Mogilevsk vilayətində qeydə alınıb – 41,36 faiz. Bundan əlavə, Qomel vilayətində – 40,38 faiz, Vitebsk vilayətində – 38,63 faiz, Qrodnensk vilayətində – 37,43 faiz, Brest vilayətində – 35,14 faiz, Minskdə – 29,53 faiz təşkil edib.