Makron məzuniyyətini yarımçıq saxladı – SƏBƏB?

Fransa Prezidenti Emmanuel Makron fort Breqanson iqamətgahında istirahətini yarımçıq saxlamaq barədə qərar verib.

Trend-in məlumatına görə, buna səbəb isə onun Tunisə mərhum prezidentin dəfn mərasiminə yollanması qərarıdır.

Qeyd edək ki, Tunis Prezidenti Əs-Sebsi ötən gün 92 yaşında dünyasını dəyişib.

E.Makronun həyat yoldaşı ilə birlikdə istirahət etdiyi qeyd edilir.