Dünya birjalarında neft bahalaşmaqdadır. Vetenyukselish.az xəbər verir ki, “Brent” markalı neftin 1 barelinin dəyəri 0,8% artaraq 65,19 dollar olub.
Beləliklə, “Brent” markalı neftin 1 barrelinin qiyməti 2015-ci il iyunun 24-dən etibarən ilk dəfə olaraq 65 dolları ötüb.
“Azəri Layt” markalı neftin 1 barrelinin dəyəri isə 1,14 dollar və ya 1,73% artaraq 66,93 dollar təşkil edib.