Ukraynanın Odessa şəhərində yerləşən uşaq bağçalarından birində yanğın olub.
Vətənyüksəliş.az xəbər verir ki, generatorun partlamasından qaynaqlanan hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğınsöndürənlər hadisə yerindədir.
Qeyd edək ki, Odessa kolleclərindən birində baş verən yanğın nəticəsində 16 nəfər ölmüş, 30 nəfər isə xəsarət almışdı.