Azərbaycan Rus İcmasının V qurultayı keçirildi – SƏDR SEÇİLDİ

Azərbaycan Rus İcmasının V qurultayı keçirilib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, millət vəkilləri Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin rəis müavini Anton Rıbakov, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan və Bakı Yeparxiyasının arxiyepiskopu Vladıka Aleksandr və digərləri iştirak ediblər.

Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin qeyd edib ki, icmanın V qurultayı Azərbaycanda iqtisadi, sosial və siyasi stabillik şəraitində keçirilir.