Gürcüstanın müxtəlif regionlarında meşə yanğınları başlayıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə İdarəsinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, onlarla xilasedici xüsusi texnikanın köməyi ilə müxtəlif regionlarda yaranmış meşə yanğınlarını söndürməyə çalışır.
“Gürcüstanda gündüz quru hava səbəbdən 10 aktiv mərkəz qeydə alınıb, alovun yaşayış məntəqələrinə yayılması təhlükəsi yoxdur”, – deyə idarənin mətbuat xidməti bildirib.
Bu halda daha iri miqyaslı yanğın Ormosi (Şida Kartli regionu) kəndi ətrafındakı Ateni dərəsini əhatə edib. Burada 40 yanğınsöndürən alovu söndürməyə çalışır. Relyefin mürəkkəbliyi və pis görünüş alışma mərkəzlərinə girişi çətinləşdirib. Ərazidə işçi qərargah yaradılıb.
“Bütün gecə ərzində alovun yayılması arealının monitorinqi davam etdiriləcək. Səhər, ərazinin görünüşün bərpasından dərhal sonra, yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopteri və Gürcüstanın Müdafiə Nazirliyinin tırtıllı yanğınsöndürən texnikası, həmçinin əlavə canlı qüvvə səfərbər edilərək, yanğınsöndürən-xilasedicilərin sayı 200 nəfərə qədər artırılacaq”, – xəbərdə deyilir.