Dekbarın 19-da vəzifəsinin icrasına başlamış Əlcəzairin yeni prezidenti Əbdülməcid Tebbun ölkəsinə yeni baş nazir təyin edib.
Vətənyüksəliş.az-ın məlumatına görə, o, yeni hökumət formalaşdırmağı Əbdüləziz Cerada həvalə edib.
Ə.Cerad 2000-ci illərin əvvəlində Əlcəzair Daxili İşlər Nazirliyinin baş katibi vəzifəsində işləyib.
Yeni prezident vəzifəyə seçildikdən sonra baş nazir Nurəddin Beduini vəzifədən azad etmişdi.