Misirdə Qırmızı dəniz sahilində turistləri aparan avtobus yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 6 nəfər, o cümlədən 3 əcnəbi turist həlak olub.
Bundan başqa, 24 nəfər xəsarət alıb. Onlardan 20 nəfəri turistdir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Avtobusda Hindistan, Malayziya və Çin turistləri olub.
Qəzaya yük maşınının təkərinin partlaması səbəb olub. Nəticədə sürücü idarəetməni itirib və avtobusa çırpılıb. (trend)