SON DƏQİQƏ: İrimiqyaslı hücumların anonsu verildi – Əhali təhlükəsiz ərazilərə köçür

“Hizbullah” qruplaşması İraqın təhlükəsizlik qüvvələrinə və əhaliyə müraciət edib.

Vətənyüksəliş.az-ın məlumatına görə, yazılı müraciətdə təhlükəsizlik qüvvələrinə və sakinlərə ABŞ hərbi bazalarından azı 1 kilometr uzaq qalmaları barədə çağırış edilib. Bu çağırışa axşam saatlarından başlayaraq əməl olunması tələb olunub. Məlumata görə, sakinlər bu çağırışa artıq əməl etməyə başlayıb.

Xatırladaq ki, bir neçə dəqiqə əvvəl ABŞ-ın Bağdaddakı səfirliyi ardınca isə amerikalı hərbçilərin olduğu “Bələd” bazası raketlərlə atəşə tutulub. Yaralıların olduğu bildirilir. Yerli mənbələr yazır ki, “Hizbullah”ın bu çağırışı ABŞ bazalarına hücumların davam edəcəyi ilə bağlıdır