Filippində vulkan püskürüb – əhali təxliyə olunur

Filippin hakimiyyəti Taal vulkanının bir kilometr kül sütunu püskürməsindən sonra 80 min nəfərdən çox əhalisi olan Batanqas vilayətinin üç yaşayış məntəqəsini təxliyə etməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə “CNN Philippines” telekanalı bildirib.

Evakuasiya üç şəhərdə – San-Nikolas, Balete və Talisayda aparılır.

2015-ci ilə olan məlumata görə, onların əhalisi müvafiq olaraq 22, 22 və 45 min nəfər təşkil edib.