İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir.Vətənyükəliş.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb:
“1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100-ü siyasi partiya üzvləridir”.