Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birindən pul oğurlaması da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də rayon ərazisindəki gözəllik salonlarının birindən 4500 manat oğurlaması da müəyyən edilib.