Gəncədən Moskvaya uçan təyyarə Volqoqradda məcburi eniş etdi

Sərnişinin halı pisləşdi, “Buta Airways”in təyyarəsi məcburi eniş etdi

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək barədə qərar verib.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Qeyd edilib ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirib.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.