“Ordumuza edilən hücuma cavab verildi”.
Vətənyüksəliş.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun İdlibdə rejim tərəfindən Türk Ordusuna olunan hücumla bağlı danışarkən deyib.
“Türk əsgərinə edilən hücuma cavab verildi və düşmən ordusunun mövqeləri aşkar edilərək, məhv edildi. Hər kəs bilsin ki, biz şəhidlərimizin qanını yerdə qoymadıq, bundan sonra da qoymayacağıq”, – Altun qeyd edib.
**17:30
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində anititerror əməliyyatı aparan hissələri top atəşinə məruz qalıb.
Vətənyüksəliş.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə beş hərbçi şəhid olub, beşi yaralanıb.
Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qarşı tərəf cavab atəşi ilə susdurulub: “Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Lazımi tədbirlər görülür”.