Xamenei əfv sərəncamı imzaladı

İranın Ali dini lideri Ayətullah Əli Xamenei 2315 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb.

İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə ölkənin məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi Xameneiye əfv olunacaq məhkumların siyahısını təqdim edib.

Humanizm və insanpərvərlik prinsiplərini əsas tutan Əli Xamenei siyahıda adı göstərilən bütün məhkumların əfv olunması haqqında sərəncam imzalanıb.

Sərəncama əsasən, bir sıra məhkumlar azadlığa buraxıb, digərlərinin isə həbs müddəti azaldılıb.