İtaliyanın şimal-qərbindəki Alessandriya şəhərində yüngülmühərrikli təyyarə avtomobil yoluna düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində pilot həlak olub.
Qeyd olunur ki, qəza avtomobil yolunda hərəkətin az olduğu zamanda baş verib. Hadisə nəticəsində hər hansı bir avtomobilə ziyan dəyməyib.
Hadisə şahidləri təyyarənin təhlükəli manevr edərkən qəza etdiyini deyir.