Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırıb

Ermənistanın Tehrandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Vətənyeksəliş.az İran KİV-lərinə istinadən xəbər verir ki, fevralın 23-dən etibarən Ermənistanın Tehrandakı səfirliyi və konsulluq idarəsi fəaliyyət göstərməyəcək və qəbul olmayacaq.

Ermənistan səfirliyinin fəaliyyətini dayandırması İranda koronavirusun yayılması ilə əlaqələndirilir.