“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri saxlanılıb

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztəpə İstanbulda saxlanılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb.

Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.

“Sputnik” əməkdaşı barəsində istintaq davam edir.