Leyla İmanova vəzifəsindən azad olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.

Azvision.az xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova həvalə edilib.