İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə-Azərbaycan oyunu təxirə salınıb.
AFFA-dan bildirilib ki, bu qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.
Qeyd edək ki, İsveçrə-Azərbaycan oyunu martın 26-da keçirilməli idi.