Türkiyənin Müdafiə Nazirliyi “Barış pınarı” anti-terror əməliyyatı bölgəsinə hücuma keçmək istəyən 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Vətənyüksəliş.az xəbər verir ki, nazirliyin rəsmi tvitter səhifəsindən verilən açıqlamada bu fikirlərə yer verilib:
“ “Barış pınarı” bölgəsinə nüfuz etməyə çalışan separatçı terror təşkilatının 6 üzvü qəhrəman xüsusi təyinatlılarımızın uğurlu əməliyyatı sayəsində zərərsizləşdirilib. Əməliyyatlarımız fasiləsiz davam edəcək”.