“Formula-1”də mövsümün taleyi apreldə müzakirə olunacaq

Koronavirus pandemiyası üzündən startı baş tutmayan “Formula-1”də mövsümün taleyinə apreldə aydınlıq gələ bilər.

Apasport.az saytının məlumatına görə, bunu “Alfa Tauri”nin rəhbəri Frans Tost açıqlayıb.

O bildirib ki, yarışın iştirakçı komandaları ayın ortalarında bir araya gələrək mövsümlə bağlı müzakirələr aparacaq: “Komanda rəhbərləri, Beynəlxalq Avtomobil Federasiyası və “Liberty Media” arasında təşkil olunan sonuncu videokonfrans belə bir görüş keçirməyi qərara aldıq. Bu görüşdə həmin ana olan vəziyyəti müzakirə edəcəyik”.