14 fəhlə zəhərləndi – Naməlum qazdan

Moskvaətrafı Leninskie qorki rayonunda fəhlələr arasında kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, zəhərlənənlərin sayı 14 nəfərdir. Faktı regional Səhiyyə İdarəsi təsdiq edib. Məlumata görə, 7 nəfər öz istəyi ilə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Qalanları isə xəstəxanaya yerləşdirilib.

Fəhlələrin naməlum qazdan zəhərləndiyi qeyd edilir. İnsidentlə bağlı artıq araşdırmalara başlanılıb.