TAP-ın Albaniyada və İtaliyadakı sahələri yaxın həftələrdə və aylarda qazla doldurulacaq

Yaxın həftələrdə və aylarda Trans-Adriatik qaz kəmərinin (TAP) Albaniyada, daha sonra İtaliyadakı sahələrinin qazla doldurulması planlaşdırılır.

Bunu Trend-ə TAP direktorlar şurasının sədri Murad Heydərov deyib.

O bildirib ki, TAP-ın reallaşdırılması üzrə işlər Yunanıstan, Albaniya və İtaliyada koronavirusla mübarizə ilə bağlı sanitar normalara uyğun davam etdirilir:

“Biz 2020-ci il ərzində qaz tədaükü üçün layihənin reallaşdırılmasını təmin etmək istəyirik. Karantin tədbirləri ilə bağlı yaranan problemlərə baxmayaraq, hazırda işlər xüsusi dəqiqliklə davam etdirilir”.