“Pullarını sevgililərinə xərcləyib, dostları ilə kabab yeyən kişilərə səslənirəm”- Fatimə

“Bizim gəlirimiz toylardandır. İndi xeyir iş yoxdur, gəlir də yoxdur. Amma əlimizdə olandan ehtiyacı olanlara bağışlayırıq”.

Axşam.az xəbər verir ki, bu sözləri rəqqası Fatimə Fətəliyeva “Bizimləsən” verilişində deyib. Sənətçi imkanlı şəxslərə səslənib:

“Bizdən də imkanlı şəxslər var, indiyə kimi pullarını özləri, dostları, sevgililəri üçün xərcləyiblər. Onlara səslənirəm ki, ehtiyacı olanları bu vəziyyətdə tək qoymayın. Dəyərli bəylərimiz var ki, indi də dostlarla yığışırlar kababdan yeyirlər. Darıxmamaq üçün nələrsə edirlər… Gəlin bu 1 ayı birləşək, insanlara kömək əli uzadaq”.

Bir neçə imkansız ailəyə yardım edən Fatimə darıxdığını deyib və kövrəlib:

“İnsanların gülüşü, alqışı üçün darıxmışam. Övladımı da doyunca qucaqlaya bilmirəm. Çünki verilişə, marketə gedirəm”.