Qazaxıstan dəmir yolları ilə Azərbaycana tranzit yük daşımalarının həcmi açıqlanıb

2020-ci ilin ilk iki ayı ərzində Qazaxıstandan Azərbaycana və əks istiqamətdə dəmir yolu ilə tranzit yük daşımalarının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,92 min ton artaraq 5,17 min ton təşkil edib.

Bu barədə Trend-ə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.

Bu müddət ərzində Azərbaycana tranzit 4,42 min ton (2,5 min ton artım), Azərbaycandan tranzit isə 0,75 min ton (0,42 min ton artım) təşkil edib.

Hesabat dövründə Azərbaycandan kimyəvi maddə və soda tranziti artaraq 0,12 min tona bərabər olub. Azərbaycana da kimyəvi maddə və soda tranzitində artım qeydə alınıb. Bu ilin ilk iki ayı ərzində bu göstərici 0,29 min ton təşkil edib.