Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Publika.az xəbər verir ki,hazırda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanğının baş verdiyi əraziyə gəlib.
Nazirə hadisə və söndürmə işləri ilə bağlı məlumat verilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğının baş verdiyi əraziyə gəlib.
***