Çin hakimiyyəti ölkənin Rusiya ilə sərhədində yerləşən Jilin əyalətində karantin rejimi tətbiq edib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bölgədə koronavirusa 30 yeni yoluxma halı aşkarlandığı üçün belə qərar verilib.
Bildirək ki, bir neçə həftə öncə koronavirusun yayıldığı Uhan şəhərində karantin rejimi ləğv edilmişdi.