Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 2 470 nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizəyə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, son gün ərzində COVID-19-dan daha 69 nəfər ölüb.
“Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus infeksiyası analizlərinin müsbət nəticə verdiyi 69 pasiyent öldü”, – qərargahda bildiriblər.
Məlumata görə, bununla da paytaxtda COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.