Polşada növbəti prezident seçkisi iyunun 28-də keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu iyunun 3-də Polşa parlamentinin Aşağı Palatasının sədri Eljbet Vitek bildirib.
“Prezidenti seçkisi 2020-ci il iyunun 28-i bazar gününə təyin edilib”, – o deyib.
E.Vitekin sözlərinə görə, ölkənin Dövlət Seçki Komissiyası seçkinin keçirilməsi qərarını dəstəkləyib.
Artıq Polşada seçki kampaniyası başlayıb.