Ukrayna Avropa Komissiyasından 500 milyon avro kredit alıb

Ukrayna Avropa Komissiyasından 500 milyon avro həcmində kredit alıb.

Trend-in məlumatına görə, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, bu kredit makromaliyyə yardımının dördüncü paketi çərçivəsində verilib. Həmin məbləğ koronavirus pandemiyasından zərər görmüş iqtisadiyyatın inkişafına yönəldiləcək.

Qeyd edək ki, Avropa Komissiyası 2014-cü ildən etibarən Ukraynaya 3,8 milyard avro məbləğində vəsait ayırıb. Bu, Avropa İttifaqı xaricindən ölkəyə ayrılan ən böyük məbləğdir.