Elmar Baxşıyev: “Kim avrokuboklarda çıxışa layiqdirsə, o da vəsiqə qazansın”

“Futbolçulardan çox razıyıq. Ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Məşqdə də bunu hiss edirik. İnanıram ki, komanda daha yaxşı oyun sərgiləyib əvvəli formasını qaytaracaq”.

“Report”un məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev yoxlama matçında “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, əyalət təmsilçisi çempionatın keçirilməsinin tərəfdarıdır. O, idman prinsiplərinin əsas olduğunu söyləyib: “Kim avrokuboklarda çıxış etməyə layiqdirsə, o da vəsiqə qazansın.

Baxşıyev futbolçuMerab Qiqaurinin yüngül zədəsinin olduğunu vurğulayıb: “Onu risk edib meydana buraxmaq istəmədik. Müqavilə ilə bizə məxsusdur, inanıram ki, qarşıdakı günlərdə komandaya kömək edəcək.

Baxşıyev bu həftəsonu komandanın “Qəbələ”yə getmək fikrinin olmadığını əlavə edib.