Kür çayında batan 15 yaşlı yeniyetmənin cəsədi tapılıb

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Baxşıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faciənin səbəbləri araşdırılır.