MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.