Xarici İşlər Nazirliyində kadr təyinatı olub

Təhsil nazirinin müşaviri vəzifəsində çalışmış Elnur Məmmədov Xarici İşlər Nazirliyində (XİN) Ümumi katibliyin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Qeyd edək ki, E.Məmmədov sosial şəbəkədəki səhifəsində Təhsil Nazirliyindəki işindən ayrıldığını, başqa bir dövlət qurumunda çalışacağını bildirmişdi.